- Müşahidə məntəqəsi
- 17 Yanvar 2024 18:16
- 6 589
Elxan Şahinoğlu: "İl ərzində Azərbaycanla Ermənistan sülh sazişi imzalamasa..."
“İl ərzində Azərbaycanla Ermənistan sülh sazişi imzalamasa, həqiqətən sonrakı müddətdə bölgədə vəziyyət yenidən gərginləşə bilər. Paşinyan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edir, amma bunun sənəddə əks olunmasını yubadır. Aydındır ki, sülh sazişi imzalansa, digər iki konseptual məsələ bunun xaricində qalacaq. Bu, dəhlizin açılması və sərhədlərini müəyyənləşməsi məsələsidir.
Paşinyan bu addımı atmağa da hələ ki çəkinir. Zəngəzur dəhlizi ilə bağlı məsələni uzadacaqlarsa, onsuz da Azərbaycanın alternativləri genişdir. Ermənistanın isə alternativləri yoxdur”.
Bunu AzNews.az-a açıqlamasında siyasi ekspert Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, buna görə də sonunda Ermənistan Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalacaq.
“Sərhədlərin müəyyənləşməsi də vaxt aparacaq. Çünki bu da bizim üçün böyük problem deyil. Sərhəddə onsuz da strateji yüksəkliklər nəzarətimizdədir. Gürcüstan bizim strateji tərəfdaşımız olsa da, bu dövlətlə sərhədi yekunlaşdırmamış hərəkət etməməliyik. O ki qaldı torpaqlarımızı 30 il ərzində işğalda saxlayan Ermənistana onlar vaxtilə bizim nəinki torpaqlarımızı, sərhədlərimizi də işğal etmişdi. Ona görə də biz bu məsələdə də tələsməməliyik. Azərbaycanın maraqlarına nə uyğundursa, o istiqamətdə hərəkət edəcək”.
Rəfiqə NAMAZƏLİYEVA