Sizin kimi ailələrlə qürur duyuruq deyib Sizin kimi ailələrlə qürur duyuruq deyib

Qənirə Paşayeva şəhidin anası ilə görüşüb

Sizin kimi ailələrlə qürur duyuruq deyib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Abşeron rayon, Mehdiabad qəsəbə sakini, şəhid Tural Taryel oğlu Məmmədovun (05 noyabr 1999, Daşkəsən – noyabr, 2020, Şuşa) anası Könül Həsənova ilə görüşüb.

AzNews.az xəbər verir ki,Qənirə Paşayeva şəhidin anasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Əziz şəhid anası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin anasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid anaları haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik! Tural Məmmədov kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm!"

Q.Paşayeva şəhid əsgərin anasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib