Rafael Cəbrayılovun toplam olaraq 1 milyon 550 min dollar borcu var. Rafael Cəbrayılovun toplam olaraq 1 milyon 550 min dollar borcu var.

Keçmiş deputat həbs oluna bilər – Rafael Cəbrayılova vaxt verildi

Rafael Cəbrayılovun toplam olaraq 1 milyon 550 min dollar borcu var.

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib.

AzNews.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş deputat dəmir barmaqlıqlar arasına salına bilər.

Məlumatda bildirilir ki, Rafael Cəbrayılovun borclu olduğu vətəndaşlardan biri bütün məhkəmə instansiyalarında deputata qalib gəlib. Artıq məhkəmə qərarının icrasına start verilib. Ötən il dekabrın 30-da Rafael Cəbrayılov icra şöbəsinə çağırılıb və ona yanvarın 10-na kimi vaxt verilib.

Lakin keçmiş deputat yanvarın 10-na kimi də borcunu ödəməyib. Məlumata görə, bu dəfə də Rafael Cəbrayılova möhlət verilib. Bildirilir ki, keçmiş deputat borcunu ödəməyəcəyi təqdirdə əvvəlcə barəsində inzibati qaydada tədbir görüləcək, növbəti dəfə isə məhkəmə qərarını icra etmədiyi üçün barəsində yeni cinayət işi başlana bilər.
Məlumatda qeyd edilir ki, keçmiş deputatın borclu olduğu digər şəxlər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Faktla bağlı cinayət işi başlanıb. Rafael Cəbrayılov borclarını qaytarmaq niyyətində olduğunu iddia etsə də, şikayətçilər onun səmimiyyətinə inanmır.

Rafael Cəbrayılovun toplam olaraq 1 milyon 550 min dollar borcu var. Onun borclu olduğu şəxslər aşağıdakılardır:

Təranə Fətəliyeva – 300 000 dollar
Məlahət Qurbanova - 580 000 dollar
Xatirə Nəcəfova - 200 000 dollar
Yusif Orucov - 200 000 dollar
Aynur Kazımova - 100 000 dollar
Şəfa Məmmədova - 80 000 dollar,
Bəşir Məmmədov - 60 000 dollar
Allahverdi Səfərəliyev - 30 000 dollar.

Xatırladaq ki, Rafael Cəbrayılov borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdirib. Olay ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.