Hadisədən sürpriz anlaşma

Bu markanın reklam üzü oldu.

Meqastar Tarkanın ötən günlərdə rol aldığı reklamın ardından müğənni Hadisə də qazlı su bazarına əl atıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda informasiyanı “Sabah” qəzeti yayıb.

Məlumata görə dünyaca məşhur marka ilə müqavilə bağlayan Hadisə yaxınlarda markanın siması olacaq.

Bununla da Tarkan ilə Hadisə eyni şirkətin daxilində iki “qardaş” markanın reklam üzü olacaq.

Səidə Vahid

AzNews.az