Türkiyənin məşhur serialındakı yataq səhnəsi sosial şəbəkəni qarışdırdı - VİDEO

Serialdakı bu səhnə birmənalı qarşılanmayıb.

Türkiyənin ən reytinqli seriallarından olan "Yasak elma"dakı yataq səhnəsi izləyiciləri hiddətləndirib.

AzNews.az xəbər verir ki, serialda bu cür şablon səhnənin yer alması seyiricilərin xoşuna gəlməyib. Şevval Şam və Onur Tunanın oynadığı yataq səhnəsinə serialın rəsmi Youtube kanalında kəskin tənqidlər yağdırılıb.

Saxta evlilik yaşayan Ender Alihanla olan boşanma sənədlərinə imza atmayıb. Üstəlik Alihana bütün seriallardakı kimi şablon bir oyun qurub. İçkili yatdığı bir gecənin sabahında Alihan Enderi öz yatağında görüb. Ender isə yataqda çəkilmiş fotoları Yıldız xarakterinə göndərməklə Alihanı şantaj edib. Serialdakı bu səhnə birmənalı qarşılanmayıb.

Aynur

AzNews.az