- Üçüncü sektor
- 13 Aprel 2019 10:36
- 4 660
Kadir İnanır eqoistdir - Türkan Şoray
Bu səbəbdən ondan bir az küsmüşəm
Məşhur türk aktyoru Kadir İnanırla yaxın dostu Jülide Kural dünən İstanbulun Etiler səmtində yemək yeyib. Onlar birlikdə məkandan ayrılarkən kameralara görüntüləniblər.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, çıxışda jurnalistlər aktrisa Türkan Şorayın ötən günlərdə söylədiyi “Adımı heç yada salmır. Bu səbəbdən ondan bir az küsmüşəm. Kadir eqoistdir, sizcə də elə deyilmi?” -sözlərini xatırladıb.
Tələsik uzaqlaşan Kadir İnanır “Elə bir şeylər yoxdur. Bu söhbətləri hardan çıxardırsınız?” deyərək sualdan yayınmağa çalışıb.
Səidə Vahid
AzNews.az