- Üçüncü sektor
- 15 Aprel 2019 09:53
- 2 889
Türkiyəli müğənninin anası vəfat etdi

Gözəl anam xərçənglə mübarizəsində uduzdu
Türkiyənin məşhur müğənnisi Güliz Aylanın anası dünyasını dəyişib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ayla acı xəbəri sosial media hesabından bu sözlərlə bildirib:
“Savaşcı mələyim, gözəl anam xərçənglə mübarizəsində uduzdu”.
Qeyd edək ki, müğənninin anası bir müddətdir xərçəng xəstəliyinə görə müalicə alırdı.
Pərvanə Ağazadə
AzNews.az