Murat Boz doğum günündə Aslı Enverlə evlənəcək

Acun Ilıcalı: Onun toyu üçün dünyanın o biri başına gedəcəm

Türkiyəli məşhur müğənni Murat Boz və aktrisa Aslı Enverin gələn ay evlənəcəkləri idda edilib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, münasibətlərinə üçüncü dəfə şans verən cütlüyün 10 may tarixində evlənəcəyi iddia edilib.

Bir müddət öncə Acun Ilıcalı “Survivor” üçün Dominikana gedən Murat Boza yarışma zamanı söz ataraq “Dünyanın bir başından digər başına gəlib. Mən də onun toyu üçün dünyanın o biri başına gedəcəm” sözlərini deyib.

Qeyd edək ki, 10 may tarixi Murat Bozun doğum günüdür.

Nigar CƏFƏR

AzNews.az