- Üçüncü sektor
- 27 May 2019 09:52
- 2 873
Toylardan imtina edirdim - Aygün Kazımova
Düşünürdüm ki, oradan istədiyimi ala bilməyəcəm
“Etiraf edim ki, el şənliklərindən imtina edirdim. Düşünürdüm ki, oradan istədiyimi ala bilməyəcəm. Mən Aygün olmayacam”.
AzNews.az xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişində xalq artisti Aygün Kazımova deyib. O, burada da bir ilkə imza atıb: "Məni toya dəvət edirlərsə, ifalarımı bəyənib dəvət edirlər. Düşündüm ki, toylarda yalnız öz ifalarımı təqdim edəcəm. Bunu ilk dəfə Vaqif Gərayzadəyə deyəndə şoka düşdü. Başqa mahnı gözləyirdilər. Mən isə “Devuşka vostoçnaya”, “Matros” və s mahnılarını ifa edirdim. Bundan sonra artıq qəbul edildi. Böyük səhnədə etdiyim şounu məhz el şənliklərində yaşadım”.
Xalq artisti toylarda fonoqramla oxuyan həmkarlarından da danışıb: “Həmişə Polad Bülbüloğlu deyirdi ki, müğənni fonoqramla oxuyursa, onu niyə çağırırsınız? Diskini dinləyin. Onu dəvət etməyə ehtiyac yoxdur. Həm də bu vicdan məsələsidir. Bəlli bir qonorar var, kiçik qonorar da deyil”.
Rəqsanə
AzNews.az