Məleykə Əsədova: Sevəndə dəli kimi sevirəm - VİDEO

Xalq artisti valideynlərinə, ətrafındakı insanlara qarşı olan sevgisindən danışıb

"Mən sevəndə dəli kimi sevirəm".

AzNews.az xəbər verir ki, bu sözləri müğənni, aktrisa Məleykə Əsədova ARB TV-də yayımlanan "Öz evimizdir" verilişində deyib. Xalq artisti valideynlərinə, ətrafındakı insanlara qarşı olan sevgisindən danışıb.

"Məsələn, mən köməkçimə bir köməkçi kimi baxmıram. Elə bilirəm anamdır, bacımdır. Mən kiməsə bağlananda ona doğmam kimi baxıram. Bəzən mənim bu səmimiyyətimdən istifadə edirlər. Hər kəsin halına ürəkdən yanıram. Ona görə də ana, atamı çox sevmişəm. Qızıma görə Allaha hər gün şükür edirəm".

Aynur

AzNews.az