Roza depresiyaya düşüb - Səbəbini özü açıqladı

"Son günlər yorğunluq sindromundan əziyyət çəkirəm"

"Müğənnilik, aparıcılıq edirəm, bədii əsər yazıram, başqa sahələrdə də varam. Özümə vaxt ayırmağa macal tapmıram, təklikdə qala bilmirəm. Tükənmişəm, depresiya yaşayıram".

AzNews.az-ın məlumatına görə, bu sözləri müğənni Roza Zərgərli "Faydalı saat" verilişində deyib. O bildirib ki, son günlər yorğunluq sindromundan əziyyət çəkir:

"Oturub fikirləşirəm ki, bu, mənə lazımdır. "Bakı vaxtı ilə" verilişimi başlayanda bu tip proqram yox idi. Bizdən sonra nə qədər marifləndirici proqramlar yarandı. Düşünürəm ki, bağlayım. Amma tamaşaçılardan elə rəy gəlir ki, deyirəm, buna haqqın yoxdur. Amma çox işə əl atıram, çatdırmıram".

Aynur

AzNews.az