- Üçüncü sektor
- 30 May 2019 16:27
- 3 896
Hamının gözünə batıram - Pərvin Abıyeva
Aktrisa qalmaqala səbəb olacaq iddialı açıqlamalar edib
ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi aktrisa Pərvin Abıyeva olub.
AzNews.az xəbər verir ki, aktrisa qalmaqala səbəb olacaq iddialı açıqlamalar edib:
“Yoxluğuma sevinib özünü ulduz hesab edənlər var. Ey, ağıllı olun! Mən İstanbula köçüb orada yaşaya bilərəm, amma mənim yerimi tuta bilməyəcəksiniz. Demirəm, mən dünya gözəliyəm, lakin qısqanılacaq tipajam. Mənə elə gəlir ki, şarmım var. Şou-biznesdəkilərin çoxunda olmayan şeylər məndə var və həddindən artıq çalışqanam. Biliyimi, bazamı artırmağa çalışıram. Amma mən sizdə onu görmürəm. Nəyəsə görə hamının gözünə batıram, insanları pis və ya yaxşı cəlb edirəm. Üzərimdən nə qədər insan gündəmə gəlib və bu gün məşhurdular. Yoxluğumu özlərinə avantaj bilirlər. Faktiki olaraq, Azərbaycan film sahəsində gənclərdən yeganə mənəm bu qədər gözə batan, tanınan. Çox istəyirəm ki, gözəl aktrisalarımız olsun, həm görünüş, həm də iş baxımından. Niyə də yox? Çünki Azərbaycanımızın adınadır, hətta getsin, təmsil də etsinlər. Bu, mənim üçün sevindirici hal olar”.
Aynur
AzNews.az