“Səninlə qürur duyuram, bir dənəm” - Murat Boz sevgilisi Aslı Enverə səsləndi

Möhtəşəm aktrisalığını heyranlıqla izlədim

Türkiyəli məşhur müğənni Murat Boz sevgilisi Aslı Enver haqqında paylaşım edib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Aslı Enverin “Süreyya” obrazını canlandırdığı “İstanbullu gelin” serialının final seriyası çəkilib.

Aslı Enverin şəklini İnstagramın “hekayə” bölümündə paylaşan Murat Boz sevgilisini təbrik edib. O, “Alnının ağı ilə 3 sezon keçirdin. Möhtəşəm aktrisalığını heyranlıqla izlədim. Ürəkdən təbrik edirəm. Səninlə qürur duyuram, bir dənəm” yazıb.

Nigar CƏFƏR

AzNews.az

image description