- Üçüncü sektor
- 31 May 2019 15:57
- 4 240
Renka: nənəm öləndə səhnəyə çıxıb rəqs etdim, sonra da getdim yasa - VİDEO
Rəqqasə göz yaşlarına hakim ola bilməyib
Bu gün ARB TV-də yayımlanan "Səhər-səhər" verilişinin qonaqları müğənni Kərim Abbasov və rəqqasə Renka (Rəna Ağamuradova) olub.
AzNews.az xəbər verir ki, Renka atası dünyasını dəyişdikdən qısa müddət sonra toylara getməyə başlayan Kərimi müdafiə edib. O, toylardan pul qazandıqlarını və ailələrini bununla dolandırdıqlarını bildirib. Renka göz yaşlarına hakim ola bilməyib:
"Mən bilirəm Kərimə səhnəyə çıxmaq necə çətindir. Nənəm öləndə toyda idim. Yarım saat rəqs edib sonra yasa getdim. Bəzən tənqidlərdən yoruluram. Deyirəm, daha rəqs etməyəcəm. Sonra fikirləşirəm ki, ailəmi necə saxlaya bilərəm".
Aynur
AzNews.az