“Bir gün münasibətlər bitə bilər” - Günelin paylaşımı diqqət çəkdi

Günel Hümbətova Firuz Soliyev adlı şəxslə evlidir

ABŞ-da yaşayan azərbaycanlı aparıcı Günel Hümbətovanın son paylaşımı maraq doğurub.

AzNews.az xəbər verir ki, evli olan aparıcı İnstagramda bu sözləri yazıb:

“Ən daimi münasibət özümüzlə olan münasibətdir. Qalan bütün münasibətlər bir gün bitə bilər. Amma özümüzlə yaşadığımız müddətdə hər zaman münasibətdəyik. Ən vacib olan münasibət də məhz budur. Özü, fikirləri, ruhu və bədəni ilə xoşbəxt münasibətdə olmayan insan başqaları ilə də yaxşı münasibətdə ola bilməz. Və daima kimlərinsə onu xoşbəxt edəcəyini, onları tamamlayacağını gözləyər”.

Qeyd edək ki, Günel Hümbətova Firuz Soliyev adlı şəxslə evlidir. Cütlüyün bir qızı var.

Rəqsanə

AzNews.az

image description