- Üçüncü sektor
- 7 İyun 2019 11:31
- 4 092
Çingiz Mustafayev İnstagramdan imtina etdi - “İyrənc...”
"Beynimizi boş-boş şeylərlə doldururuq"
“Eurovision 2019 “ təmsilçimiz Çingiz Mustafayev İnstagramdan imtina edib.
AzNews.az xəbər verir ki, bu haqda Çingiz Mustafayev “Hər şey daxil” verilişində məlumat verib:
"Lazımsız mövzulara görə İnstagram istifadə etmirəm. “Delete” funksiyası var. Amma iyrənc, lazımsız nəsə görən zaman biz onu silə bilmirik, beynimizdə qalır. Ona görə də beynimizi boş-boş şeylərlə doldururuq. Ona görə də İnstagramdan çox az istifadə edirəm. Mənə gələn məktubları oxuyuram. Amma ümumilikdə sosial şəbəkəyə baxmıram. Doğrudan da qıcıqlandıran məsələ çoxdur”.
Qeyd edək ki, Çingiz Mustafayev ölkəmizi “Eurovision 2019”-da təmsil edib və səkkizinci pillədə qararlaşıb.
Rəqsanə
AzNews.az