- Üçüncü sektor
- 7 İyun 2019 13:51
- 3 702
Afaq Bəşirqızı: Əmi, dayı, tanışlıqla seçilən aktyorlar... - VİDEO
Aktrisa gənc aktyorlara dəstək olmaqdan danışıb
"Özümə söz vermişəm ki, bunu etməliyəm. Gənc aktyorlara xüsusi diqqət ayırmaq və qayğısına qalmaq lazımdır. Müəyyən seriallardan xəbərim var, mütəmadi baxmıram, çünki vaxtım azdır. Ümidverici aktyorlarımız var".
AzNews.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Şou news"a açıqlamasında deyib. Aktrisa gənc aktyorlara dəstək olmaqdan danışıb.
O bildirib ki, sənətə yeni gələnləri tənqid etmək yanlışdır:
"Güclü sel özündən əvvəl çör-çöp gətirir. Serial işi də bizdə yeni başlayıb. Daha yaxşı olacaq. İstedadın qlobal problemi olmamalıdır. Fikri evində qalmamalıdır ki, görəsən, filan problemim həll oldumu? İstedad yaradıcı, gələcək, mədəniyyətin qurucusu deməkdir.
"Əvvəlkilərə çatan olmaz" sözü ən asan sözdür. Özüm gözümlə gördüyümə, qulağımla eşitdiyimə daha çox inanıram. İstedadı pərt etmək olmaz. Gənclərin qayğısına qalmaq bizim borcumuzdur. Əmi, dayı, dost, arxa ilə seçilən aktyorlarla istedadı olanları ayırmaq lazımdır".
Aynur
AzNews.az