- Üçüncü sektor
- 29 İyul 2019 01:53
- 5 354
Heydər Əliyev Mərkəzinin parkında “MUZ-TV diskoteka” keçirildi
Tamaşaçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub
“Jara” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Rusiyanın “MUZ TV” telekanalı Heydər Əliyev Mərkəzinin parkında diskoteka təşkil edib.
Mərkəzdən verilən məlumata görə, diskotekada Emin, Svetlana Loboda, İrina Dubtsova, HammAli & Navai, Mari Kraymberi, MBAND, Mot, NATAN, Nyuşa, Ciqan, Rauf & Faik, Zvonki, Aleksey Çumakov, Yuliya Kovalçuk, RASA, Mitya Fomin, İrina Nelson, Maşa Veber və digər estrada ulduzları çıxış ediblər.
Minlərlə şəhər sakini və qonaqların əyləndiyi tədbirin tamaşaçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.