Allahverdi Yolçuyev xəstəliyindən danışdı: “Heç bir effekti yoxdur”

Xəstəlik qollarıma, ayaqlarıma keçə bilər

“Ağır parkinson xəstəliyinə iki ildir ki, düçar olmuşam”.

Bunu AzNews.az-a açıqlamasında müğənni Allahverdi Yolçuyev xəstəliyindən danışarkən deyib. O qeyd edib ki, əgər xəstəliyin qısa vaxt ərzində müalicəsi aparılmasa, xəstəlik növbəti mərhələdə əlləri və ayaqlarına keçə bilər:

“Sinirlə, əsəblə bağlı xəstəlikdir. Əgər müalicə olunub qarşısı alınmasa, xəstəlik qollarıma, ayaqlarıma keçə bilər. Düzü, bilmirəm bu xəstəliyi müalicə edən həkim var, ya yox? Ona görə müraciət elədim. Heç yerdə işləmirəm. Xəstəliyin Azərbaycanda müalicəsi olarsa, daha yaxşı olar. Həkimlər deyirlər ki, dözümlü olun, hər şey yaxşı olacaq. İki ildir aparılan müalicənin heç bir effekti yoxdur”.

Bahar RÜSTƏMLİ

AzNews.az