Cennifer Lopez Türkiyəyə 90 nəfərlik komandası ilə gəldi

Hava limanından enən ifaçıya heç kimin yaxınlaşmasına icazə verilməyib

Dünya ulduzu Cennifer Lopez konsert üçün Türkiyəyə gəlib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 90 nəfərlik komanda və iki təyyarə ilə Türkiyəyə gələn Cennifer Lopez Antalyada otellərin birində iki saatlıq səhnə alacaq.

Hava limanından enən ifaçıya heç kimin yaxınlaşmasına icazə verilməyib və təhlükəsizlik tədbiri gücləndirilib.

Lopez daha sonra polisin müşayiəti və xüsusi mühafizəçiləri ilə “Regnum Carya Otel”inə gedib.

Qeyd edək ki, Cennifer “It's My Party” turnesi çərçivəsində Türkiyədə konsert proqramı ilə çıxış edəcək.

Rəqsanə

AzNews.az