- Üçüncü sektor
- 17:03
- 1 132
“Kənd sağlamlığı günləri” adlı layihəsi uğurla başa çatıb

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 01.04.2025-ci il tarixdən 30.08.2025-cü il tarixədək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 3 rayonda 4 ucqar icmada - Sabirabad rayonun ucqar kəndlərini (Yenikənd, Quruzma, Yolçubəyli), İmişlı rayonun ucqar kəndlərini (Qaraqaşlı və Mürsəlli, Xəlfəli, Kürdmahmudlu, Hacıalmuradlı), Saatlı rayonun (Varxankənd, Qaralar) kəndlərini əhatə edən “Kənd sağlamlığı günləri” adlı layihəni uğurla həyata keçirib.
“Tərəqqi” Sosial Tədqiqatlar İB-nin əməkdaşları tərəfindən icra olunan faliyyətlər zamanı kənd daxilində əhalinin sıx toplandığı yerlərdə HİV və Vərəmdən qorunma yolları və priventiv üsullarla bağlı məlumat matrialları kənd daxili divarlara vurulmuş və əhaliyə paylanmışdır. Kənd əhalisi arasında əlavə olaraq HİV əleyhinə məlumatlandırma işləri aparılıb.
