Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı sammitin nüfuzunun artması deməkdir Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı sammitin nüfuzunun artması deməkdir
  • Tribuna
  • 15 Oktyabr 2019 16:26
  •  3 683

"Türkdilli ölkələrin əməkdaşlığı daha da möhkəmlənəcək"

Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı sammitin nüfuzunun artması deməkdir

10 il əvvəl Azərbaycandan başlanan siyasət, strategiya, türkdilli dövlətlərin birgə yeni bir platform tərkibində fəaliyyəti 10 il sonar yenə Azərbaycanda tarix yazır, bu ölkələrin yeni əməkdaşlıq imkan və perspektivlərini üzə çıxarır, bu əməkdaşlığı yeni bir mərhələyə yönləndirir.

Bəlkə də 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) təsis edilərkən, bu qurumun zaman keçdikcə güclənəcəyi, beynəlxalq bir platform halı alacağı, ona marağın artacağına o qədər də inam, ümid yox idi. Çünki, birincisi, yenicə yatanmış platform heç də bütün türkdilli dövlətləri əhatə etmirdi, ikincisi, bu platformanın perspektivinə inam az idi. Ancaq Azərbaycan və Türkiyənin əsas lokomotiv rolu oynadığı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası qısa müddətdə uğurlu fəaliyyətə qədəm qoydu, inkişafa doğru mətin addımlarla irəlilədi. İndi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-da təsis edildiyi məhdud çərçivədən də kənara çıxıb. Türk dünyasının əsas gözü hesab edilən Özbəkistan da artıq bu şurada yer alaraq türk dünyasının böyüməsi, inkişaf etməsi, ən əsası türkdilli dövlətlər arasında inteqrasiyanın sürətləndirilməsinə öz töhfəsini verir. Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən 7-ci zirvə görüşündə TDƏŞ-in tarixində mühüm əhəmiyyət daşıyan hadisələrdən sayılır. Özü də bu üzvlük formal xarakter daşımır, görüntü ab-havası yaratmır. Rəsmi Daşkəndin bu zirvə görüşünə başda Cənab Prezident Şavkat Mirziyoyev olmaqla böyük nümayəndə heyəti ilə qatılması onu deməyə əsas verir ki, Özbəkistan hakimiyyəti ortaya siyasi iradə qoyub və türkdilli dövlətlərlə əməkdaşlığı inkişaf etdirmək Daşkənd üçün bu gün əsas prioritetlərdəndir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bir platforma kimi beynəlxalq əhəmiyyətinin artması Macarıstanın da bu əməkdaşlığa meyilli görünməsi fonunda aydın hiss edilir. Məlum olduğu kimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci zirvə görüşündə Macarıstan da baş nazir səviyyəsində təmsil olunur ki, bud a TDƏŞ-in beynəlxalq əhəmiyyətinin artması ilə bağlı deyilənləri təsdiqləyir.

Təsadüfi deyil ki, əksər ekspertlər də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sıralarının genişlənməsinin bu qurumun daha effektiv fəaliyyətinə təkan verəcəyi qənaətindədirlər. Xüsusilə, Özbəkistanın Şuraya üzvlüyü TDƏŞ-in fəaliyyətinə yeni bir canlanma gətirə bilər.

Millət vəkili Nəsib Məhəməliyev deyir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin böyük bir nümayəndə heyəti ilə birlikdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci zirvə görüşündə iştirakı xüsusi əhəmiyyət kəsb edir: "Hamıya bəllidir ki,uzun illər müəyyən səbəblərə görə, Özbəkistan türk dilli ölkələrin əməkdaşlıq sammitlərində iştirak etmirdi. Ancaq yeni prezident , cənab İlham Əliyevlə görüşündə səmimi, xeyirxah fikirləri ilə Azərbaycana olan münasibətini tam açıqlığı ilə ortaya qoydu. Adətən MDB dövlət başçıları, hətta türk dilli dövlətlərin rəhbərləri belə bəzi hallarda ərazi bütövlüyümüzlə bağlı qəti fikir deməkdə ehtiyatlanırlar.Bu baxımdan cənab Mirziyoyevin qətiyyətli mövqeyi, həm ikitərəfli münasibətlərə, həm də türkdilli ölkələrin inteqrasiyasına öz töhfəsini verəcəkdir".

Nəsib Məhəməliyev zirvə görüşü ilə bağlı bəzi məqamlara da diqqət çəkib: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7 - ci zirvə toplantısında iştirak etmək üçün Bakı şəhərinə, Türkiyə cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın baş naziri Viktor Orban, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov gəİibər. Sammitlə bağlı diqqətimi çəkən bəzi məqamları qeyd etmək istərdim. Belə ki, Türkiyənin terrorçuluğa qarşı apardığı mübarizə ərəfəsində qardaş ölkələrin bir araya gələrək dəstək vermələrinin əhəmiyyəti olduqca böyükdür. Həmçinin Avropa parlamentində Türkiyənin əleyhinə qətnamənin qəbul olunmasına imkan verməyən Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı sammitin nüfuzunun artması deməkdir".

Millət vəkili bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "Valday" diskussiya klubunda və Aşqabad sammitindəki tarixi faktlara söykənən və qətiyyətlə ermənilərin iç üzünü açan çıxışı, düşünürəm ki, digər dövlət başçıları üçün də bir növ presedent yaradıb: "Heç bir şübhə yoxdur ki, onlar İlham Əliyevin timsalında etibarlı, cəsarətli , güclü lider görürlər. Qazaxıstan Lideri Nursultan Nazarbayevin türk əməkdaşlıq sammitinin fəxri sədri seçilməsi isə hər bir azərbaycanlının qəlbinin səsidir. O, əsl ağsaqqal kimi, bütün səviyyələrdə prinsipiallıq göstərərək Azərbaycanın mövqeyini dəstəkləmişdir. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, gömrük, Avrasiya ittifaqında, düşmən Ermənistanla eyni təşkilatlardadırlar, lakin Nazarbayev zaman-zaman erməni rəhbərlərini aşağılamaqdan belə çəkinməyib. Dünyada gedən prosesləri təhlil etdikdə, belə bir qənaət əldə olunur ki, gələcəkdə türkdilli ölkələrin əməkdaşlığı daha da möhkəmlənəcək. Bu əməkdalıqda ölkəmizin mövqeyi olduqca zəruridir və körpü yolunu oynayır. Bu təşkilat perspektiv də Avropa Birliyi kimi güclü söz sahibinə çevrilə bilər". (Olaylar.az)