Ermənistan BMT-nin qətnamələrini yerinə yetirməlidir Ermənistan BMT-nin qətnamələrini yerinə yetirməlidir
  • Tribuna
  • 7 Noyabr 2019 11:18
  •  4 294

Zakir Həsənov Fransa səfiri ilə görüşdə erməni işğalından danışdı

Ermənistan BMT-nin qətnamələrini yerinə yetirməlidir

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdiddir".

Bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşdə deyib.

Nazir xüsusi qeyd edib ki, məsələnin həlli yolu beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməsidir.

Fransanın bəzi şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan bir neçə qanunsuz “müqavilə”nin Fransanın müvafiq məhkəmələrinin qərarları ilə ləğv olunmasını yüksək dəyərləndirən Müdafiə naziri Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərinin daha da artıracağına ümidvar olduğunu bildirib.

AzNews.az