Milli Məclisin iclası başladı - Parlamentin buraxılması üçün Prezidentə müraciət olunacaq

Spiker: İlham Əliyevin həyata keçirdiyi köklü islahatlar son dövlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Milli Məclisin dekabrın 2-ə təyin olunan plenar iclas başlayıb.

Spiker Oqtay Əsədovun sədrli ilə keçirilən iclasın gündəliyində bir məsələnin müzakirəsi nəzərdə tutulub.

O.Əsədov deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi köklü islahatlar son dövlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində, bir sözlə bütün sahələrdə aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır:

“Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsini və parlamentin yeniləşməsini zəruri edib”.

Xatırladaq ki, bugünkü iclasda Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılacaq.

AzNews.az