Məmmədyarov rusiyalı həmkarını nazirliyin önündə qarşılayıb Məmmədyarov rusiyalı həmkarını nazirliyin önündə qarşılayıb
  • Tribuna
  • 3 Dekabr 2019 12:04
  •  4 403

Məmmədyarov-Lavrov görüşü başladı - VİDEO

Məmmədyarov rusiyalı həmkarını nazirliyin önündə qarşılayıb

Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Sergey Lavrov arasında təkbətək görüş başlayıb.

Danışıqlar Azərbaycan Xarici İşlər Nazirliyində keçirilir.

E.Məmmədyarov rusiyalı həmkarını nazirliyin önündə qarşılayıb.

Daha sonra iki ölkənin xarici işlər nazirlərinin görüşü başlayıb. Nazirlər Azərbaycan və Rusiya arasındakı əlaqələrin hazırkı vəziyyətini və gələcə inkişaf perspektivlərini müzakirə edirlər.

AzNews.az