Hər uğurlu kişinin arxasında bir ağıllı qadın dayanır Hər uğurlu kişinin arxasında bir ağıllı qadın dayanır
  • Tribuna
  • 24 Dekabr 2019 17:06
  •  7 259

İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoyub

Hər uğurlu kişinin arxasında bir ağıllı qadın dayanır

"Prezident İlham Əliyev xalqın etimadını yüksək səviyyədə şəkildə doğrulda bildi. Bu illər ərzində Azərbaycan beynəlxalq aləmdə müstəqilliyini bir daha təsdiq etdi”.

Bu fikirləri melumat-merkezi.az-a Müasir Müsavat Partiyasının ideoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova deyib.

O bildirib ki, bu illər ərzində ölkəmiz öz daxili və xarici siyasətini xalqın maraq və istəyinə uyğun olaraq qura bildi:

"200 illik fasilədən sonra dövlətçiliyi yenidən davam etdirmək asan məsələ deyildi. Lakin bununla belə Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan cənab Prezident Azərbaycanın qarşısında duran böyük problemləri uğurla həll edə bildi”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 16 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərfli mərhələsini yaşayır: "Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoyubdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin 16 il öncə söylədiyi "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı”.

"Biz əlbəttə onunla fəxr edirik ki, cənab Prezident İlham Əliyev bu yolu təkbaşına getmir, Cənab Prezidentin ən böyük arxası, dayağı olan xalqı ilə birlikdə, eyni zamanda Onun ömür gün yoldaşı, ölkəmizin Birinci xanımı, ölkənin I Vitse-prezidenti Mehriban xanım Əliyevadır. Heç təsadüfü deyil ki, atalar sözündə deyirlər ki, hər uğurlu kişinin arxasında bir ağıllı qadın dayanır. Biz bunu Onların İkisinin timsalında görürük, uğur və ağıl, mərhəmət və xeyirxahlıq bu iki insanı bir yerdə birləşdirir. Mən Cənab Prezident İlham Əliyevə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram. Arzu edirik ki, onların Azərbaycan üçün açdığı bu yol hər bir zaman işıqlı olsun, bizləri bir araya gətirən Cənab Prezident İlham Əliyev bundan sonra da Azərbaycan var olduqca bizim yanımızda olsun və rəhbərimiz olsun", deyə ictimai fəal xanım fikirlərinə əlavə etdi.

AzNews.az