Hər kəsin bir-birindən gizləndiyi, çəkindiyi bir cəmiyyətdə Rauf Arifoğlu kimi açıq qapı, açıq ürək sahibi olmaq üçün insanın özünə güvənməsi, qarşısındakına sayğı duyması, başqaları üçün nələrsə etməyə can atması lazımdır Hər kəsin bir-birindən gizləndiyi, çəkindiyi bir cəmiyyətdə Rauf Arifoğlu kimi açıq qapı, açıq ürək sahibi olmaq üçün insanın özünə güvənməsi, qarşısındakına sayğı duyması, başqaları üçün nələrsə etməyə can atması lazımdır
  • Tribuna
  • 25 Dekabr 2019 17:49
  •  12 580

Rauf Arifoğlunun labüd qələbəsinin sirri - Taleh Şahsuvarlı yazır

Hər kəsin bir-birindən gizləndiyi, çəkindiyi bir cəmiyyətdə Rauf Arifoğlu kimi açıq qapı, açıq ürək sahibi olmaq üçün insanın özünə güvənməsi, qarşısındakına sayğı duyması, başqaları üçün nələrsə etməyə can atması lazımdır

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu parlament seçkilərinə qatılır.

Görkəmli ictimai-siyasi xadim Milli Məclis üzvlüyünə 35 saylı Xətai III Seçki Dairəsindən namizəd olacaq.

Onun bu dairədə kifayət qədər uğurlu kampaniya aparacağına, qalib gələcəyinə inanıram. Ona görə inanıram ki, Rauf Arifoğu Azərbaycanda mövcud olan 125 seçki dairəsinin hər birində qələbə uğrunda mübarizə aparmaq üçün önəmli resurslara malikdir.

Bu resurslardan ən başlıcası onun şəxsiyyəti, ömür yolu, siyasi zəkası, mücadiləçi, toparlayıcı, yeniliklərə və müsbət dinamikaya meyilli milliyyətçi xarakteridir.

Azərbaycan mediasında bu gün söz sahibi olan imzaların böyük əksəriyyətinin bioqrafiyasında “Yeni Müsavat” brendinin xüsusi yeri və rolu var. Ötən əsrin sonlarına doğru SSRİ-də gedən prosesləri milli azadlıq hərəkatına çevirən gizli dərnəklərə xitab edən, qeyri-leqal şəkildə çap olunaraq yayımlanan əl parçası boyda çağırış vərəqələrini Azərbaycanın ən yüksək tirajlı nəşrinə çevirmək, elektronlaşma dalğasında öncül mövqeyini qoruyub saxlamaq gərgin zəhmət, böyük hünər istəyir. Odur ki, Azərbaycan mediasının ən çalışqan simalarından biri olan keçmiş baş redaktoruma həmkarlarım tərəfindən effektiv dəstək veriləcəyinə əsla şübhə etmirəm. Bütün dünyada belədir: medianın dəstəyini qazanmaq seçkilərdə qələbənin üçdən biridir.

Əgər məndən Rauf Arifoğlunu cəmi bir cümlə ilə xarakterizə etməyi istəyən olsa, belə deyərəm: “Qapısı hər kəsin üzünə açıq açamdır”!

Azərbaycan insanı deputatların, məmurların, səlahiyyət sahiblərinin qapısını hər zaman üzünə bağlanmış vəziyyətdə görüb.

Vətəndaşdan qaçıb deputatlar, insanlardan uzaq gəzib məmurlar. Əlinə bir balaca girəvə düşən hündür hasarlar çəkib qamarladığı torpağa, kefini bir balaca açmaq istəyən qapalı məkanlara üz tutub, “kabinet”lərdə gizlənib.

Hər kəsin bir-birindən gizləndiyi, çəkindiyi bir cəmiyyətdə Rauf Arifoğlu kimi açıq qapı, açıq ürək sahibi olmaq üçün insanın özünə güvənməsi, qarşısındakına sayğı duyması, başqaları üçün nələrsə etməyə can atması lazımdır.

Qapını açıq saxlamaq - insanların dərdinə şərik olmağa, problemlərini dinləməyə və həllinə kömək etməyə hazır olmaq deməkdir.

Bir qapını ürəklə açmaq - ərkdir, doğmalıqdır, isti münasibətdir.

Hər zaman ərk etmişik ona!

Qarşılığında doğmalıq görmüşük, diqqət, ehtiram, etimad görmüşük!

Rauf Arifoğlunun bir millət vəkili olaraq bu doğmalığı, bu ərki, bu həssaslığı 35 saylı Xətai seçiləri ilə münasibətlərə daşıyacağına zərrə qədər şübhə etmirəm.

Həm də ona görə şübhə etmirəm ki, onun namizəd olduğu dairə Azərbaycan tarixində silinməz iz buraxan Xətainin adını daşıyan rayonda yerləşir.

Şah İsmayıl Xətai - azman bir dövlətin qurucusu olmaqla yanaşı, bir türk şeyxi idi, onun piri olduğu sufilər, Səfəvi təriqəti üçün “qapı” müqəddəs anlayış sayılırdı.

Qızılbaş sufiləri İslamın dördüncü xəlifəsi Həzrət Əlini “elmin qapısı” sayırdılar.

Rauf Arifoğlu Xətai seçicisinin qapısını döyməklə, ondan parlamentə düşmək üçün izn və dəstək istəməklə Azərbaycanda yeniliyə, islahatlara, ölkəmizin sosial təkamül yolu ilə inkişafına töhfə vermək iddiasını ortaya qoyub.

Bu mənada Rauf Arifoğlunun iştirak etdiyi seçkilər Xətai sakinləri üçün yeniliyə, islahatlara, tərəqqiyə açılan bir qapıdır.

İllərdir Rauf Arifoğlunun timsalında yeniliyə, islahatlara, sosial təkamül tərəfdarlarına qarşı çıxanların isə əminəm ki, quyruğu qapı arasında qalacaq yenə!

Taleh ŞAHSUVARLI,

AzNews.az xəbər portalının Baş redaktoru