- Tribuna
- 24 Dekabr 2020 01:03
- 13 055
Ayşən Fəxrəddinqızı: "Bu gün, məğlubedilməz ordu yaradan Sərkərdənin doğum günüdür"
Cənab Prezident, bu gün Azərbaycan xalqı Sizin arxanızda bir yumruq kimi birləşib
Prezident seçildiyi ilk gündən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Ali Baş Komandan, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 17 ilə nəzər saldıqda bir daha əmin oluruq ki, o, həqiqətən də hər birimizin Prezidenti olmaq üçün mümkün olanın artığını edib, edir və edəcək də.
Cənab Prezident Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdı. 44 günlük Vətən müharibəsi dövründə də Ali Baş Komandan bütün siyasi təzyiqlərə və təhdidlərə sinə gərərək Qarabağın işğaldan tam azad olunması üçün bütün lazımi adımlları atdı.
Həqiqətən də İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirib Azərbaycan xalqını çiyinlərində olan yükdən azad etdi. Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq. Məhs Prezidentin yürütdüyü siyasət nəticəsində döyüş meydanında əldə etdiyi parlaq Qələbə gözəl nəticəyə gətirib çıxardı.
Ali Baş Komandan kimi illərdir ki, Azərbaycan Ordusunu düşməni son nəfəsinə qədər məhv etməyə qadir olan, Müzəffər bir Ordu kimi formalaşdırmağı bacardı. Bunun nəticəsində Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla işğal tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcazvüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Rusiya - Azərbaycan - Ermənistan bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
Bu Qələbə gözlənilən idi. Uşaqdan böyüyə hər kəs Dağlıq Qarabağ cəbhəsində yenidən hərbi əməliyyatların başlayacağı təqdirdə Ermənistanın biabırçı məğlubiyyətə uğrayacağına əmin idi. Çünki Ali Baş Komandan elə bir ordu yaratdı ki, onun qarşısında Ermənistanın tab gətirməsi mümkün deyildi.
Bu gün o Sərkərdənin doğum günüdür. Bəli, tarix yazan Sərkərdə. Ali Baş Komandanım, Sizi doğum gününüz münasibətilə təbrik edir, ali dövləti vəzifənizdə uğurlar arzulayır, cansağlığı diləyirəm. Allah Sizi qorusun. Əmin olun ki, bu gün Azərbaycan xalqı Sizin arxanızda bir yumruq kimi birləşib.
Ayşən Fəxrəddinqızı
İctimai fəal, İlhamla Mehribanla Azərbaycan Naminənin "İMAN" təsisçisi