Əsas odur ki, neqativ halları aradan qaldırmaq üçün müvafiq addımlar atırıq Əsas odur ki, neqativ halları aradan qaldırmaq üçün müvafiq addımlar atırıq
  • Tribuna
  • 9 Yanvar 2021 17:05
  •  8 397

“Bəzi “iqtisadçılar”, “ekspert”lər oturublar xaricdə, əsası olmayan tənqidlər edirlər” - Deputat

Əsas odur ki, neqativ halları aradan qaldırmaq üçün müvafiq addımlar atırıq

“Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirədə bir sıra önəmli məqamlara toxunub. 2020-ci ildə dünya iqtisadiyyatında yaşanan böhran Azərbaycana da təsir etdi, amma buna baxmayaraq ölkə iqtisadiyyatı inkişafdadır. Ölkəmizin iqtisadiyyatı bir çox parametrlərinə görə öndədir”.

AzNews.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

V.İskəndərov qeyd edib ki, “Doing Business 2020” hesabatında Azərbaycan dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub: “Bu, çox böyük uğurdur. Biznes, investisiya iqliminə görə Azərbaycan 190 ölkə arasında 28-cidir. Təəssüflər olsun ki, bir çox “iqtisadçılar”, “ekspert”lər oturublar xaricdə, əsası olmayan tənqidlər edirlər. Onların iddiaları həqiqətəuyğun deyil. İqtisadi inkişafla bağlı məsələləri təkcə Azərbaycan özü demir, Dünya Bankı, beynəlxalq təşkilatlar da qeyd edirlər. Dövlət başçısı da qeyd etdi ki, əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında Azərbaycan ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni ki, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyası - Azərbaycan 10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yerlərdəyik. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılıb. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Bu, Dünya Bankının və dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarının nəticələridir. Bu hesabat realdır, belə olmadığını iddia edənlər qərəzlidirlər, məqsədləri başqadır. Həmin şəxslər Azərbaycanın uğurunu, inkişafını görmək istəmirlər. Gənc ölkəyik, qarşıda görəcəyimiz işlər çoxdur. Doğrudur, problemlər də var. Əsas odur ki, neqativ halları aradan qaldırmaq üçün müvafiq addımlar atırıq. Ölkədə islahatlar davam edir. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi var. Ölkəmiz inkişaf yolundadır, əminik ki, qarşıya qoyulan hədəflərə çatacağıq”.