"Ermənistanın Azərbaycanın yaratdığı reallığı birmənalı olaraq qəbul etməkdən başqa çıxış yolu yoxdur" "Ermənistanın Azərbaycanın yaratdığı reallığı birmənalı olaraq qəbul etməkdən başqa çıxış yolu yoxdur"
  • Tribuna
  • 12 Aprel 2022 17:13
  •  13 275

“Ermənistanın gələcəyi Azərbaycanla bu günə kimi əldə olunmuş razılaşmalardan keçir”

"Ermənistanın Azərbaycanın yaratdığı reallığı birmənalı olaraq qəbul etməkdən başqa çıxış yolu yoxdur"

Milli Məclisin deputatı Cavid Osmanov AzNews.az analitik-informasiya portalına açıqlama verib.

O bildirib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aprelin 6-sı Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Erməistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşün nəticələrinə uyğun həyata keçirilməkdədir:

“Qeyd etmək lazımdır ki, məhz Brüsseldə keçirilən sonuncu üçtərəfli görüş birmənalı olaraq Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yekunlaşdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanan Azərbaycan, torpaqlarımızı işğaldan azad etdikdən sonra ötən müddət ərzində diplomatik müstəvidə də qələbəmizi möhkəmləndirməkdədir. Brüssel görüşündən sonra verilən bəyantda açıq şəkildə görmək olar ki, görüşün gündəliyini regionun lider dövləti Azərbaycan müəyyənləşdirir.

Millət vəkili Azərbaycanın irəli sürdüyü 5 maddəlik baza prinsiplərinin Brüsseldə müzakirə predmentinə çevrildiyini söyləyib:

“İki tərəf arasında telefon danışığının baş tutması Brüssel görüşünün nəticələrinə uyğundur. Çünki görüşdə sülh müqaviləsinə aid sənədin hazırlanması üçün hər iki ölkənin xarici işlər nazirliyinə təlimat verildi. Eyni zamanda sərhədlərin delimitasiyasi məsələsi ilə bağlı bu ayın sonuna kimi xüsusi işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olundu.Bu da məhz telefon danışığının əsas müzakirə predmenti olmuşdur. Bu onu göstərir ki, Azərbaycan döyüş meydanında əldə etdiyimiz tarixi qələbəni eyni zamanda diplomatik müstəvidə də ard-arda uğurlu nəticələr əldə etməklə daha da möhkəmləndirir. Ölkə başçısı İlham Əliyev qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə də danışığı zamanı xüsusi qeyd etdi ki, artıq Ermənistan Azərbaycanın irəli sürdüyü təklifi qəbul etmişdir”.

Cavid Osmanov növbəti mərhələdə artıq işçi qrupları səviyyəsində aidiyyatı nazirliklər arasında təmasların qurulması, məhz Brüsseldə əldə edilmiş razılıqların reallığa çevrilməsi üçün əməli-praktik addımlar atılacağını vurğulayıb:

“Düşünürəm ki, Ermənistanın Azərbaycanın yaratdığı reallığı birmənalı olaraq qəbul etməkdən başqa çıxış yolu yoxdur. Çünki Ermənistanın gələcəyi Azərbaycanla bu günə kimi əldə olunmuş razılaşmalardan keçir.

Azərbaycanla sülh müqaviləsinin imzalanması, Azərbaycanın ərazi böyüvlüyünü tanıması, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması, bütün bunlar artıq Ermənistan tərəfindən götürülmüş öhdəliklər və reallıqlardır. Ermənistan reallıqları dərk edib, həyata keçirməyəcəksə, bu onun üçün daha ağır nəticələnəcəkdir. Çünki Ermənistanın bölgəyə iqtisadi-siyasi intiqrasiya etmək üçün yolu əldə edilmiş razılaşmalardan keçir”, - deyə deputat qeyd edib.

Şəbnəm Zahir