- Tribuna
- 19 Oktyabr 2022 11:44
- 20 383
Yeganə Hacıyeva: "Bu, Rusiyaya qarşı bir presedentdir"
BMT-nin İnsan Hüquqları Şurası Rusiyada insan hüquqlarının pozulması üzrə xüsusi məruzəçi təyin edir
Ukrayna Ali Radası dünən Çeçenistanın dövlət müstəqilliyini tanıyan qanun layihəsini qəbul etmiş kimi təqdim edilsə də, layihədə bu ifadə “Rusiya tərəfindən müvəqqəti işğal edilmiş” ərazilər kimi keçir.
Ali Rada İçkeriya Çeçen Respublikası ərazisinin Rusiya Federasiyası tərəfindən işğal edildiyini bildirir, bu işğalı qəbuledilməz elan edir və oradakı rejimi işğalçı kimi tanıyır və beynəlxalq iştimayyəti də ordakı rejimi işğalçı kimi tanımağa çağırır.
Rada BMT-nin üzv dövlətlərini və beynəlxalq qurumları müvəqqəti işğal altında olan İçkeriya Çeçen Respublikası ərazisində törədilmiş cinayətləri təcili araşdırmağa çağırır və bu əməlləri törədənlərin məsuliyyətə cəlb edilməsi çağırış edir.
Bu Rus-çeçen münaqişəsinin birinci hissəsi olaraq Rusiya Federasiyası ilə tanınmamış Çeçen İçkeriya Respublikası arasında 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş hərbi münaqişə zamanı hərbi cinayətlərin;
İkinci Çeçenistan müharibəsi adlanan 1999 cu il avqust ayından 2000 ci ilin may ayınadək Çeçenistan və Şimali Qafqazın sərhəd bölgələrində Rusiya Federasiyası tərəfindən aparılan hərbi əməliyyatlar zamanı baş verən hərbi cinayətlərin araşdırılması;
Həmçinin hər iki müharibədə Çeçenistandakı mövcud yerli hakimiyyətin məsuliyyətini və cinayətlərinin, yəni faktiki olaraq Əhməd və Ramzan Kadırov aşirətinin Çeçen xalqına qarşı cinayətlərinin araşdırılmasını və hüquqi qiymət verməsinə çağırış edir.
Rada hesab edir ki, beynəlxalq ictimaiyyət Rusiyanın çeçen xalqına qarşı tətbiq etdiyi soyqırıma da uyğun hüquqi qiymət verməlidir.
Proseslər Çeçenistanda Silahlı Münaqişənin gedişində Müharibə Cinayətləri və Bəşəriyyətə qarşı Cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin fərdi cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquqi təqib perspektivləri kimi təsnif oluna və Çeçenistan üzrə Beynəlxalq Tribunala qədər aparıla bilər.
Bunun perspektivi haqqında danışırıqsa, beynəlxalq cinayət hüququ, keçmiş Yuqoslaviya və Ruanda üzrə BMT Beynəlxalq Tribunallarının presedent hüququ baxımından Çeçenistan Respublikasında silahlı münaqişə zamanı törədilmiş cinayətləri araşdıra bilər.
Məsələn, hər iki müharibədə birinci və ikinci müharibələr arası müddətdə hüquqmüdafiəçiləri tərəfindən toplanmış və sənədləşdirilmiş cinayət epizodları, bir sıra səsli-küylü məhkəmə qərarları ətraflı təhlili edilə və federal qüvvələr tərəfindən beynəlxalq humanitar hüququn və əsas insan hüquqlarının kütləvi şəkildə pozulmasınını müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin sinifinə kvalifikasiya edilə bilər.
Rusiya Federasiyasının hərbi komandanlığı və ən yüksək icra hakimiyyəti nümayəndələrinin iddia edilən məsuliyyəti, habelə bu şəxslərin cinayət təqibinin hüquqi perspektivləri məsələlərinə xüsusi diqqət yetirilir.
Rusiyanın terror dövləti kimi təkcə AŞPA-da deyil, digər beynəlxalq təşkilatlarda tanınması bu prosesə təkan verəcək.
Bunun üçün artıq mexanizm də formalaşdırılıb: BMT-nin İnsan Hüquqları Şurası Rusiyada insan hüquqlarının pozulması üzrə xüsusi məruzəçi təyin edir.
Bu BMT tarixində ilk dəfə olaraq, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkəyə insan hüquqlarının pozulması üzrə xüsusi məruzəçi təyin edilməsi presedentidir.
Yeganə Hacıyeva