WSJ: BƏƏ gizli şəkildə İran ərazisinə hava hücumları təşkil edib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran ərazisinə gizli hərbi hücumlar həyata keçirib. Bu barədə mayın 11-də "The Wall Street Journal" ( WSJ ) qəzeti vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.

BƏƏ-nin Qərb istehsalı olan qırıcı təyyarələr və müşahidə sistemləri ilə silahlandığı qeyd olunur. Qəzetin məlumatına görə, zərbələrdə İranın neft emalı zavodları da hədəfə alınıb.

Nəşr bildirir ki, "Bu hücumlar ölkənin indi iqtisadi gücünü və Yaxın Şərqdə artan təsirini qorumaq üçün onlardan istifadə etməyə daha çox hazır olduğunu göstərir".

Mövsüm,

AzNews.az