Qalibaf: ABŞ-nin İranın 14 maddəlik təklifini qəbul etməkdən başqa alternativi yoxdur

ABŞ-nin Tehranın 14 maddəlik təklifini qəbul etməkdən başqa alternativi yoxdur.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu barədə bildirib.

O xəbərdarlıq edib ki, başqa yanaşma Vaşinqton üçün ardıcıl uğursuzluqlara və ABŞ vergiödəyiciləri üçün daha böyük xərclərə səbəb olacaq.

“İran xalqının hüquqlarını əks etdirən 14 maddəlik təklifi qəbul etməkdən başqa alternativ yoxdur. İstənilən digər yanaşma tamamilə nəticəsiz olacaq və yalnız bir uğursuzluğun digərini əvəz etməsinə gətirib çıxaracaq”, — deyə Məhəmməd Baqir Qalibaf X sosial şəbəkəsində yazıb.

“Onlar nə qədər çox vaxt uzatsalar, ABŞ vergiödəyiciləri bunun əvəzini bir o qədər çox ödəyəcək”, — deyə o əlavə edib.

Mövsüm,

AzNews.az