Ermənistan məqsədyönlü şəkildə xidmətlər və əyləncələr ölkəsinə çevrilir Ermənistan məqsədyönlü şəkildə xidmətlər və əyləncələr ölkəsinə çevrilir
  • Tribuna
  • 21 Oktyabr 2022 13:10
  •  10 676

"İrəvan üçün ən gəlirli sahə qadın biznesi olacaq"

Ermənistan məqsədyönlü şəkildə xidmətlər və əyləncələr ölkəsinə çevrilir

Cari ilin 8 ayının yekunlarına görə, xidmətlər sektorunda artım ikirəqəmli 27,1%, sənayedə isə 3 dəfə azdır: "Öz növbəsində, kənd təsərrüfatında 1-ci yarım ilin yekunlarına əsasən, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5% azalma qeydə alınıb.

Bu fikri Aznews.az-a Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, Ermənistanda iqtisadiyyata cavabdeh olan yüksək vəzifəli məmurların bəyanatlarından sonra gözlənilən kimi yeni sənaye istehsalı sahələri açılmayıb: "İqtisadiyyat naziri Vahan Kerobyan ölkədə xizək bazalarının, əyləncə mərkəzlərinin təməlinin qoyulmasını tərifləyib, ötən gün isə qumar sahəsində İsveç şirkətinin ofisinin açılışında iştirak edib. Eyni zamanda, hər hansı bir real sənaye layihəsi haqqında bir söz deməyib".

Ə.Əlibəyli deyib ki, beləliklə, Ermənistan məqsədyönlü şəkildə xidmətlər və əyləncələr ölkəsinə çevrilir, burada qida və toxuculuq sahəsində yalnız elementar istehsalın - qida və geyimin fəaliyyət göstərəcəyi bildirilir. Xidmət sahəsində isə əsasən gənc və baxımlı qadınlara iş və maaş var.

Aznews.az