"ABŞ lazımlı məlumatları yığandan sonra bizimlə bölüşəcək". "ABŞ lazımlı məlumatları yığandan sonra bizimlə bölüşəcək".

"Terrorun hər növünə qarşıyıq"

"ABŞ lazımlı məlumatları yığandan sonra bizimlə bölüşəcək".

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov ilə ortaq mətbuat konfransı keçirib.

AzNews.az xəbər verir ki, Çavuşoğlu Münbiçdəki terror hücumu ilə bağlı suala “Terrordan çox zərər çəkmiş bir ölkə olaraq terrorun hər növünə qarşıyıq. Terror örgütləri ilə mübarizə etməkdə qərarlıyıq” deyə cavab verib.

Çavuşoğlu ABŞ-ın iki təhlükəsizlik əməkdaşının öldüyünü, amma digər şəxslər haqqında dəqiqləşdirilmiş məlumat olmadığını deyib:

“ABŞ lazımlı məlumatları yığandan sonra bizimlə bölüşəcək. Arxasında kim var, bu da məlum olacaq. Amma Türkiyədən belə bir kömək istənilərsə, əlimizdən gələn köməyi edərik”.

Pərvanə Ağazadə

AzNews.az