İmamoğlu söz verib ki, özünü İstanbul əhalisinə həsr edəcək. İmamoğlu söz verib ki, özünü İstanbul əhalisinə həsr edəcək.

İmamoğlu sədr kimi xalqın qarşısına çıxdı - FOTO

İmamoğlu söz verib ki, özünü İstanbul əhalisinə həsr edəcək.

İstanbul Böyükşəhər Bələdiyyəsi sədri olaraq vəzifəsinin icrasına başlayan Əkrəm İmamoğlu bələdiyyə binası qarşısında xalq qarşısında çıxış edib.

O, nitqinə dünyanın ən gözəl şəhəri olan gördüyü İstanbulu idarə etmək şansını verdiyi üçün Allaha şükr etməklə başlayıb.

İmamoğlu söz verib ki, özünü İstanbul əhalisinə həsr edəcək:

“Bu şəhərin nemətlərini qənimət kimi mənimsəməyəcəyəm. Nemətləri paylaşacağıq. Fəaliyyətim boyunca heç kimin haqqının tapdanmasına imkan verməyəcəyəm. Heç kimin arasında fərq qoymayacağam. Gözəl xəyallarımız var. Biz bu şəhərin insanlarına xidmət etməyə gəlirik”.

Yeni sədr özündən əvvəlki sədrlərə fəaliyyətinə görə təşəkkür edib və nitqini bu sözlərlə tamamlayıb:

“Çox çalışmalıyıq. Bu vəzifə İstanbulun 16 milyon nəfərlik əhalisi tərəfindən verildi, yenə də onlar geri alar. Bu gün necə vəzifəni aldımsa, zamanı gələndə də layiqincə geri verərəm”. (qafqazinfo)

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description