Avtomobildə arvadına atəş açdı - “istəmədən oldu” dedi

Gökhan Kuzdan polis tərəfindən saxlanılıb

Türkiyənin Kahramanmaraş bölgəsinin Elbistan ərazisində Müberra Kuzdan avtomobildə həyat yoldaşı, uzman çavuş Gökhan Kuzdanın tapancasından çıxan güllə ilə ağır yaralanıb.

AzNews.az xəbər verir ki, olay dünən axşam saatlarında Söğütlü məhəlləsində meydana gəlib. Gaziantepdə xidmət edən Gökhan Kuzdan iddiaya görə həyat yoldaşı ilə birlikdə qohumlarının toyuna gedib.

Toydan sonra Kuzdan cütlüyü 27 FB 278 nömrə nişanlı avtomobillərinə minib. Bir müddət sonra maşından silah səsi gəlib. Ətrafdakılar maşına tərəf qaçdıqda qadının başından vurulduğunu görüblər.

Gökhan Kuzdan avtomobillə arvadını Elbistan dövlət xəstəxanasına aparıb. Ağır yaralanan Müberra Kuzdan reanimasiyaya alınarkən Gökhan Kuzdan polis tərəfindən saxlanılıb.

İfadəsi alınan Gökhan Kuzdan həyat yoldaşını istəmədən vurduğunu deyib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Səidə Vahid

AzNews.az

image description