Bölgədə araşdırmalar davam edir Bölgədə araşdırmalar davam edir

Türkiyədə 7 terrorçu öldürüldü

Bölgədə araşdırmalar davam edir

Türkiyənin 3 şəhərində aparılan əməliyyatlar zamanı biri qara siyahıda olmaqla 7 terrorist zərərsiz hala gətirilib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Verilən açıqlamaya görə, Diyarbakır Polis İdarəsinin əməkdaşlarının Lice kəndində apardığı əməliyyatda biri boz siyahıda olan iki terrorçu öldürülüb.

Bu terroristlərin birinin 300 min lirə mükafatla boz siyahıda yer alan "Fedai Koçer" kod adlı Yusuf Dəmir olduğu məlum olub.

Bundan əlavə, Mardinin Derik ərazisində keçirilən əməliyyatda 3, Bitlis kəndində isə 2 terrorist məhv edilib.

Bölgədə araşdırmalar davam edir.

Səidə Vahid

AzNews.az