Erməni tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıl və hüquq yolunu seçməlidir Erməni tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıl və hüquq yolunu seçməlidir

Türkiyə XİN bəyanat yaydı: Azərbaycanın yanındayıq

Erməni tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıl və hüquq yolunu seçməlidir

“Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu şiddətlə qınayırıq. Dost və qardaş Azərbaycan xalqına və hökumətinə həyatını itirən Azərbaycan şəhidləri ilə bağlı başsağlığı verir, yaralılara şəfa diləyirik"

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması ilə bağlı yaydığı bəyanatda deyilir:

Bildirilir ki, Ermənistanın təcavüzkar milliyətçilik anlayışının yeni təzahürü olan bu hücumun Azərbaycan tərəfindən qarşısının alınması Ermənistanın təcavüzünün cavabsız qalmayacağının konkret göstəricisidir:

"Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan torpağı olan Dağlıq Qarabağda və ətraf rayonlarda apardığı siyasətdən yayındırmaq və münaqişənin dialoq yolu ilə həllinə mane olmaq cəhdləri nəticəsiz qalmağa məhkumdur.

Erməni tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıl və hüquq yolunu seçməlidir. Öz potensialını aşan əməllər uğrunda macərapərəstlik etmək Ermənistanın mühakimədə zəifliyini nümayiş etdirir, bölgədə sülhün və sabitliyin önündə böyük əngəl yaratmağa davam edir.

Ümid edirik ki, Ermənistanın təcavüzkarlığını gizlətmək məqsədi beynəlxalq ictimaiyyət tərəfindən heç bir formada qəbul edilməz.

Türkiyə ərazi bütövlüyünü qorumaq uğrunda mübarizəsində bütün imkanları ilə Azərbaycanın yanında dayanmağa davam edəcək”.

Pərvanə