Bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə əlaqələr üzrə İdarəsinin xəbərində deyilir Bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə əlaqələr üzrə İdarəsinin xəbərində deyilir

Ərdoğan İlon Maskla danışıq apardı

Bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə əlaqələr üzrə İdarəsinin xəbərində deyilir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla “SpaceX” şirkətinin banisi və baş direktoru İlon Mask arasında telefon danışığı olub.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə əlaqələr üzrə İdarəsinin xəbərində deyilir.

Qeyd edilir ki, Türkiyə prezidenti və şirkət rəhbəri əməkdaşlıq məsələlərini müzakirə ediblər. Danışıqlar zamanı əsasən Türkiyənin və “SpaceX” şirkətinin şəxsiləri ilə müxtəlif sferalarda, ilk növbədə kosmik texnologiyalar sahəsində əməkdaşlıq müzakirə mövzusu olub.