- Türkiyə
- 5 Dekabr 2021 19:06
- 5 907
Çavuşoğlu qətərli həmkarı ilə regional əlaqələri müzakirə edəcək
Hər iki tərəf beynəlxalq əlaqələrlə bağlı da fikir mübadiləsi aparacaq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərə səfər edib.
Aznews.az xəbər verir ki, bu barədə nazir özünün twitter səhifəsində paylaşım edib.
Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş çərçivəsində hazırda əlaqələri yüksək səviyyədə olan Türkiyə ilə Qətərin münasibətlərinin daha da inkişaf etdirilməsi üçün indiyədək iki ölkə arasında qəbul edilən müqavilə və razılaşmaların tətbiqi nəzərdən keçiriləcək, müzakirələr aparılacaq.
Bundan başqa hər iki tərəf regional və beynəlxalq əlaqələrlə bağlı da fikir mübadiləsi aparacaq.