Türkiyə, İsveç və Finlandiya XİN başçıları Buxarestdə görüşüb

Rumıniyanın paytaxtı Buxarestdə Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter“ hesabında məlumat paylaşıb.

“Üçtərəfli Memorandum çərçivəsində atılan addımları qiymətləndirdik və gözləntilərimizi vurğuladıq”, - deyə o bildirib.