Ərdoğan: Bizim hekayəmizi Fələstin davasından ayrı yazmaq olmaz

"Bizim hekayəmiz Fələstin davasından ayrı yazıla bilməz. Xoşbəxtlikdən Fələstin davasının böyük hekayəsində bizim də yerimiz var".

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib.

Ərdoğan, "Öncə bu gün vəfat xəbərini dərin hüznlə öyrəndiyim son dövrün ruhani liderlərindən olan Həsən Kılıç Hocaəfəndiyə Allahdan rəhmət diləyirəm. Mərhum Həsən Əfəndi ilə üz-üzə görüşüb, ondan xeyir-dua almışdıq. Allah rəhmət eləsin, məkanı cənnət olsun”,-deyə qeyd edib.

"Haniyə bəylə həqiqətən səmimi görüşümüz oldu. Mən cənab Haniyənin İsrailə qarşı döyüşməkdə qərarlı olduğunu gördüm. Bu səmimi görüşdə biz Fələstində bu ürəkdən-ürək bağının bərabərliyini hiss etdik. Fələstinli qardaşlarımızla ət-dırnaq kimiyik. Onların canı yanır və heç kim bizim rahat yatdığımızı düşünməsin. Bizi Qəzzada, Nablusda, Qüdsdə, Beytləhmdə, Ramallahda və bütün digər Fələstinin şəhərlərindəki qardaşlarımızdan ayırmağa çalışanlar böyük bir aldanma içərisindədirlər. Onlar bizi tanıyır, biz də onları tanıyırıq. Biz bunu artıq həm Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, həm də bundan kənar bütün bəyanatlarımızda çox açıq şəkildə ifadə etmişik. Bundan sonra da bu münasibəti eyni şəkildə göstərməyə davam edəcəyik",-deyə Türkiyə prezidenti vurğulayıb.

Mövsüm

Aznews.az