- Türkiyə
- 19:15
- 1 062
İstanbulda 2 milyon 760 min narkotik həb aşkarlanıb
Türkiyənin İstanbul şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində 2 milyon 760 min narkotik həb və 314 kq əlavə maddə aşkarlanıb.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında məlumat yayıb.
"2 şübhəli saxlanılıb, onların cəmiyyətin sağlamlığına zərər verməsini əngəllədik" , - nazir bildirib.