- Türkiyə
- 19:34
- 1 239
Türkiyədə zəlzələ olub
Türkiyənin Balıkəsir vilayətinin Sındırğı rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
Aznews.az xəbər verir ki, yeraltı təkan yerli vaxtla 18:11-də alınıb.
Zəlzələ ilə bağlı hələlik dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb.
Mütəxəssislər bölgədə vəziyyəti nəzarətdə saxlayırlar.
Aznews.az