- Türkiyə
- 14:04
- 1 705
Türkiyədə mədən çöküb
Bolunun Mengen rayonunda özəl bir mədəndə çökmə baş verib.
AzNews.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.
Gökçesu rayonunun Çakıllar bölgəsində yerləşən özəl bir mədəndə hələlik müəyyən edilməmiş səbəbdən çökmə baş verib. Vəziyyət barədə məlumat verildikdən sonra əraziyə polis, tibb qrupları, AFAD (Fəlakət və Təcili Yardım İdarəsi) və Zonguldak TTK (Türkiyə Kömür Müəssisələri) xilasetmə qrupları, eləcə də Jandarma Axtarış və Xilasetmə (JAK) qrupları göndərilib.
Çökməni görən iki işçi mədəndən təkbaşına çıxmağı bacarıb və yeraltında qaldığı düşünülən işçini xilas etmək üçün xilasetmə əməliyyatı başlayıb.