Ukraynanın Vinnitsa vilayətində silah anbarı partlayıb. Ukraynanın Vinnitsa vilayətində silah anbarı partlayıb.

Silah anbarı partladı – 28 min insan təxliyə edildi (Video)

Ukraynanın Vinnitsa vilayətində silah anbarı partlayıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Hadisənin təxribat olduğu ehtimal edilir. Partlayış nəticəsində anbarda olan raketlər səmada uçuşmağa başlayıb. Müxtəlif istiqamətdə hərəkət edən mərmilər ətrafda yaşayan insanların həyatı üçün təhlükə mənbəyinə çevrilib. Vəziyyətlə əlaqədar dərhal təcili təxliyə tədbirləri görülüb.

Bəxtiyar Abbasov

AzNews.az