- Köhnə - Video
- 28 Sentyabr 2017 16:08
- 8 237
Uqanda Milli Məclisində yumruq davası – Deputatlar əlbəyaxa oldular (Video)
Uqanda Milli Məclisində dava-dalaş düşüb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, gərginliyə səbəb 31 ildir ki, hakimiyyətdə qalan prezident Museveninin yenidən hakmiyyətdə qala bilməsi üçün qanunda dəyişiklik etməyə təşəbbüs göstərməsidir.
Artıq ikinci gündür ki, parlamentdə əlbəyaxa dava ilə müşahidə olunan gərginlik davam edir.
Dava-dalaş zamanı 25 müxalifət nümayəndəsi parlament zalından güc tətbiq edilərək çıxarılıb. Dava-dalaş nəticəsində 2 deputat xəstəxanalıq olub.
Bəxtiyar Abbasov
AzNews.az