Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında meşə yanğınları geniş vüsət alıb. Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında meşə yanğınları geniş vüsət alıb.

Kaliforniyada meşə yanğınları davam edir – Ölü sayı 10-a çatdı (Fotolar+Video)

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında meşə yanğınları geniş vüsət alıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, indiyə qədər alov 1500 evi yandıraraq külə çevirib.

Yanğınlar nəticəsində azı 10 nəfərin öldüyü bildirilir. 20 minə yaxın insan evlərindən təxliyə ediliblər. Yanğınlar, əsasən, Napa, Sonoma və Yuba əyalətlərini əhatə edir.

Yanğınların qarşısını almaq üçün yüzlərlə yanğınsöndürən fəaliyyətə cəlb olunub. Rəsmilərin sözlərinə görə, havanın quru olması və güclü küləklər alovun qarşısını almağa mane olur.

Bəxtiyar Abbasov

AzNews.az