"Burada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim" "Burada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim"
  • Qərb
  • 6 Noyabr 2018 17:21
  •  2 451

Roma papası Azərbaycanı nümunə göstərdi

"Burada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim"

Roma papası Fransisk Vatikanda Qafqaz dağ yəhudilərindən ibarət nümayəndə heyətini qəbul edib.

“Vatican News” xəbər verir ki, pontifik kədərlə müasir dünyada antisemitizmin mövcudluğunu qeyd edib.

Onun sözlərinə görə, xristianlar anti-semit ola bilməzlər, çünki xristian və yəhudilərin kökləri birdir. Roma papası ümid etdiyini bildirib ki, antisemitizm bütün dünyada məhv ediləcək:

“Mən hər zaman yəhudilərlə katoliklər arasında qardaşlıq və qarşılıqlı anlaşmaya əsaslanan dostluğun vacibliyini qeyt etmək istəyirəm. Mən hər şeyə görə, o cümlədən dostluğumuza görə təşəkkür etmək istəyirəm”.

Bununla bağlı danışan Papa Fransisk Azərbaycanı xatırlayıb:

“Azərbaycanda gözəl dinlərarası görüşləri xatırlamaq istərdim ki, burada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim. Yalnız bir yol var – hər kəsə görə dua etmək və hər kəslə ünsiyyət qurmaq, mili nizəyə çevirmək, nifrət edildiyin zaman sevmək, təhqir edildiyin zaman bağışlamaq, dünya ilə harmoniyada yaşamaq”.

AzNews.az